Azərbaycanda banklararası kreditlər bahalaşıb | Banco.az

Azərbaycanda banklararası kreditlər bahalaşıb

Azərbaycanda həm manat, həm də xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi artıb. Bu ilin iyul ayında manatla verilən kreditlərin orta faiz dərəcəsi 1,6 faiz bəndi artaraq avqustun 1-nə illik 5,90%, xarici valyutada isə 0,77 faiz bəndi artaraq illik 5,11%-ə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən xəbərə görə, manatla kreditlər üzrə ən yüksək faiz dərəcəsi 90-180 günlük kreditlərdə - illik 7,61%, xarici valyutada isə 30-90 günlük kreditlərdə illik 17,24% səviyyəsində qeydə alınıb. Ən aşağı faizlər isə manatla 30 günədək kreditlərdə 1,47%, xarici valyutada bir aylıq kreditlərdə 4,06% olub.