Azərbaycanda "Banklar haqqında" qanuna dəyişikliklər hazırlanıb | Banco.az

Azərbaycanda "Banklar haqqında" qanuna dəyişikliklər hazırlanıb

Azərbaycanda banklar ödəmə qabiliyyətini itirsə belə, onların səhmdarları konsolidasiyaya getməyə maraq göstərmir. Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" adlı forumun 2-ci günündə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquq təminatı İdarəsinin rəisi Nurlan Babayev deyib.

Onun sözlərinə görə, buna səbəb Azərbaycanda bankların birləşməsi üçün korporativ mədəniyyətin formalaşmamasıdır: "Buna görə də, "Banklar haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Sənəd ödəmə qabiliyyətini itirmiş banklara təyin edilən müvəqqəti inzibatçılara daha geniş səlahiyyətlərin verilməsini, bu yolla bankların sağlam aktivlərinin başqa banklara satılması, əldə edilən vəsait hesabına sağlamlaşdırma işlərinin aparılması, yalnız bu tədbirlər nəticə verməzsə, bankın lisenziyasının ləğv edilməsini nəzərdə tutur". 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et