Azərbaycanda bank müştərilərinin sayı artıb | Banco.az

Azərbaycanda bank müştərilərinin sayı artıb

1 noyabr tarixinə Azərbaycanda bank müştərilərinin sayı 5 mln. 110 min 636 nəfərə çatıb.

Mərkəzi Bankın verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46% çoxdur.

Bank müştərilərinin 5 mln. 9 min 287 nəfərini fiziki şəxslər, 101 min 349 nəfərini hüquqi şəxslər təşkil edib.

Bu müddətdə müştəri hesablarının sayı isə 8 mln. 382 min 999 ədəd olub ki, bu da illik 54% artım deməkdir. Bunun da 7 mln. 860 min 256 ədədini cari hesablar, 522 min 743 ədədini depozit hesabları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

gun.az

Ən sərfəli krediti almaq üçün müraciət et