Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari il oktyabr ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı 15 milyon 784 min 885 nəfər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank müştərilərinin sayı illik müqayisədə 10,1% və ya 1 milyon 444 min 500 nəfər artıb.
Bu, 1 ay əvvəllə müqayisədə isə 149 min 527 nəfər və ya 1% çoxdur.
Qeyd edək ki, hesabat dövrünə müştəri hesablarının sayı isə 45 milyon 359 min 360 ədəd olub. Bu da 2023-ci ilin eyni dövrünə nisbətdə 21,2% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!