Azərbaycanda bank müştərilərinin sayı 15 milyona yaxınlaşır | Banco.az

Azərbaycanda bank müştərilərinin sayı 15 milyona yaxınlaşır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari il yanvar ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı 14 milyon 654 min 384 nəfər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank müştərilərinin sayı illik müqayisədə 8,3% və ya 1 milyon 118 min 729 nəfər artıb.

Bu, 1 ay əvvəllə müqayisədə isə 156 min 606 nəfər və ya 1,1% çoxdur.

Qeyd edək ki, hesabat dövrünə müştəri hesablarının sayı isə 39 milyon 590 min 672 ədəd olub. Bu da 2022-ci ilə nisbətdə 23,2% çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram