Azərbaycanda bank müştərilərinin depozit hesabları illik 28% artaraq cari il fevralın 1-nə 396 408-ə çatıb.
İlin əvvəlindən depozit hesablarının sayında 2%-dək artım müşahidə olunub.
Bu il fevralın 1-nə müştərilərin banklarda 2 832 280 kredit hesabı olub. Kredit hesabları ilin əvvəlindən 1,2%, illik müqayisədə isə 13,5% artıb.
Qeyd edək ki, 2020-ci il fevralın 1-nə bank müştərilərinin banklarda 19 519 048 hesabı mövcud olub. Bunun da 16 290 360 və ya 83,5%-ni cari hesablar təşkil edib.
APA