Azərbaycanda bank kreditlərində dollarlaşma dərəcəsi azalıb | Banco.az

Azərbaycanda bank kreditlərində dollarlaşma dərəcəsi azalıb

Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il oktyabrın 1-nə 71,78% təşkil edib. Ötən ay bu göstərici 72,18%, yanvarın 1-nə 79,63%,  ötən ilin analoji dövründə isə 81,75% olub.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi sentyabr ayının 1-nə 74,6% olub. Keçən ay bu göstərici 77,6%, bu ilin yanvarın 1-nə 75,29%, 2016-cı ilin analoji dövründə isə 81,05% təşkil edib. Depozitlər üzrə dollarlaşmanın azalması xarici valyutada sentyabr ayında depozit həcminin 2 mlrd. dollara yaxın azalması ilə bağlı olub. 

Ən sərfəli kredit üçün müraciət et

Kreditlərin strukturunda isə dollarlaşma səviyyəsi 2017-ci il oktyabrın 1-nə 41,99% təşkil edib. Sentyabrın 1-nə bu göstərici 41,64 %, yanvarın 1-nə 47,32%, ötən il oktyabrın 1-nə isə 47,29%-ə bərabər olub.

Ən sərfəli krediti almaq üçün müraciət et