Azərbaycanda bank kreditləri ilə sərmayə qoyuluşu azalıb | Banco.az

Azərbaycanda bank kreditləri ilə sərmayə qoyuluşu azalıb

Azərbaycanda bank kreditləri ilə əsas kapitala sərmayə qoyuluşu illik 3,8% azalaraq bu ilin yanvar mart ayları ərzində 130,9 mln. manat təşkil edib.

Cəmi kapitala sərmayə qoyuluşunda bank kreditlərini xüsusi çəkisi  də bu müddətdə 5%-dən 4,5%-ə enib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 929,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5% çox vəsait yönəldilib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 1 959,9 mln. manat,  büdcə vəsaitləri 519 mln. manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 52,1 mln. manat, əhalinin şəxsi vəsaitləri 188,9 mln. manat, sair vəsaitlər 78,6 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et