Bu ilin əvvəlindən Azərbaycanda ilk dəfə iyunda banklar tərəfindən kredit qoyuluşu artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Belə ki, iyulun 1-nə bankların məcmu kredit portfeli 17 885,4 mln. manat təşkil edib. Bu isə iyunun 1-i ilə müqayisədə 1,35% və yaxud 237,1 mln. manat çoxdur.
Kredit qoyuluşu ilin əvvəli ilə müqayisədə 15,5%, illik müqayisədə isə 9,2% azalıb.