Azərbaycanda bank işçilərinin orta aylıq maaşı məlum oldu | Banco.az

Azərbaycanda bank işçilərinin orta aylıq maaşı məlum oldu

Azərbaycan banklarında hər işçiyə düşən orta aylıq maaş xərci məlum olub.

2019-cu ilin sonuna ölkə banklarında hər işçiyə düşən orta aylıq əmək haqqı xərci 2 858 manat təşkil edir. Bu məbləğə Dövlət Sosial Müdafiə Fonduna ödəmələr də aiddir.

Ölkədə yalnız 4 bankda əmək haqqı xərcləri bu məbləğdən yüksəkdir.  Bunlar «Paşa Bank» - 5 420 manat, «Yapı Kredi Bank Azərbaycan» - 3 374 manat, Bank VTB (Azərbaycan) – 2 914 manat və «Xalq Bank»dır.

Digər banklarda hər işçiyə düşən orta aylıq əmək haqqı xərci bu məbləğdən aşağıdır.

DSMF ödənişlərini çıxdıqdan sonra bank sektorunda orta aylıq maaş təqribən 2 458 manat təşkil edir.

fed

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et