Azərbaycanda balıqçılıq sahəsi üzrə subsidiyalaşma mexanizmi tətbiq oluna bilər | Banco.az

Azərbaycanda balıqçılıq sahəsi üzrə subsidiyalaşma mexanizmi tətbiq oluna bilər

Azərbaycanda balıqçılıq sahəsi üzrə subsidiyalaşma mexanizmi tətbiq oluna bilər.

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı bildirib ki, bununla bağlı təkliflər yaxın vaxtlarda hökumətə təqdim olunacaq.

“Əfsus ki, Azərbaycanda balıqçılıq kənd təsərrüfatı sahəsinə aid edilmir. Biz bu sahənin kənd təsərrüfatı sahəsinə aid edilməsi üçün yaxın vaxtlarda hökumətə təkliflərlə müraciət edəcəyik. Təkliflərdə həmçinin balıqçılıq təsərrüfatlarının subsidiyalaşması mexanizmi də öz əksini tapıb. Yəni hər balıq növü üzrə subsidiya müəyyən edilib. Ümid edirəm ki, bizim müraciətimiz cavabsız qalmayacaq”, - deyə Z. Salmanlı qeyd edib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et