2023-cü ildə 30802 təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4550,0 ton bal, 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kq arı südü əldə olunub.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat, mumun - 15,9 manat, vərəmumun - 97,2 manat, güləmin - 132,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,0 manat olub.
2022-ci illə müqayisədə 2023-cü ildə arı ailələrinin sayı 9,0 faiz, bal istehsalı 38,9 faiz, mum istehsalı 0,8 faiz, vərəmum istehsalı 22,0 faiz, güləm istehsalı 62,0 faiz, arı südü istehsalı 25,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5 faiz azalıb.Arıçılıq məhsullarının istehsalındakı azalma havaların əlverişsiz keçməsi ilə əlaqədar olub.
Bizi sosial şəbəkələrdən izləyin!!