Azərbaycanda bağlanmış bankın apellyasiya şikayəti rədd edilib | Banco.az

Azərbaycanda bağlanmış bankın apellyasiya şikayəti rədd edilib

 Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğvetmə prosesində olan "Zaminbank" ASC və Kənd Təsərrüfatı Nazirliyiyanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti arasında məhkəmə prosesi üzrə iclas keçirilib.Babnco.az "Report"a istinadən xəbər verir ki, tərəflərin mübahisəsinə hakim Həmid Həmidov baxıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Dövlət Xidməti Banka qarşı kredit və ona hesablanmış faizlərin ödənilməsi barədə tələb irəli sürüb. İşə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb və iddia təmin edilib. Qərardan narazı qalan “Zaminbank” apellyasiya şikayəti verib. 

Bununla belə, bugünki iclasda kredit təşkilatının apellyasiya şikayəti rədd olunub.