Azərbaycanda azad biznes mühiti mövcuddur | Banco.az

Azərbaycanda azad biznes mühiti mövcuddur

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda özəl sektorun inkişafına dəstək vermək məqsədi ilə yeni strategiya hazırlayacaq. Əməkdaşlığın əsas hədəfləri sahibkarlıq sahəsinə inzibati maneələrin aradan qaldırılması, şəffaflığın artırılması, biznesin başlanması, lisenziyalaşdırma, icazələr və digər mülki islahatların həyata keçirilməsində ölkəmizə texniki yardım göstərilməsindən ibarət olacaq. 
Maliyyə Korporasiyasının nümayəndəsi İrina Niderbergerin sözlərinə görə, strategiyanın digər əsas hədəfləri sahibkarlıq subyektlərinin qeydiyyatı sisteminin daha da təkmilləşdirilməsi, müəssisələr arasında sorğular yolu ilə biznesin qeydiyyatı sahəsində islahatların qiymətləndirilməsi, ölkəmizdə iqtisadi diversifikasiya və özəl sektorun inkişafı sahələrində dəstək verməkdən ibarət olacaq. 
BMK-nın nümayəndəsi bildirib ki, Azərbaycanda rəqabətqabiliyyətli bazarların inkişaf etdirilməsi üçün dövlət və özəl sektorun iştirakı ilə birgə layihənin həyata keçirilməsi palanlaşdırılır. Layihə əsas etibarilə özəl müəssisələrin inkişaf etdirilməsinə yardım mexanizminin təkmilləşdirilməsi, xüsusilə də kiçik və orta sahibkarlıq sektoruna diqqətin gücləndirilməsi üçün maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasını nəzərdə tutur. Təşkilat layihə çərçivəsində özü birbaşa özəl sektora investisiyaların qoyulmasının maliyyələşdirilməsi, kapitalın beynəlxalq maliyyə bazarlarına istiqamətləndirilməsi və şirkətlərə və hökumətlərə məsləhət xidmətlərinin göstərilməsini həyata keçirəcək. Korporasiya ölkəmizdə kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirir. 

Ən sərfəli kredit üçün müraciət et

ulfet-az.com

Ən sərfəli krediti almaq üçün müraciət et