Azərbaycanda avtomobillərin qiyməti qalxıb - Şərh | Banco.az

Azərbaycanda avtomobillərin qiyməti qalxıb - Şərh

Azərbaycanda “Yaxşı avtomobillər” bahalaşıb.

Bunu avtomobil üzrə ekspert Eldəniz Cəfərovdeyib. Onun sözlərindən məlum olub ki, bahalaşma servis və ehtiyat hissələri ucuz olan, ehtiyat hissələri asan tapılan, Azərbaycanda yollara dözümlü, eyni zamanda, bazarda qiymətini daim saxlayan avtomobillərdə müşahidə edilib.

E.Cəfərov hesab edir ki, hazırda Azərbaycan bazarında buna, əsasən, 1999-2000-ci il model “Mercedes” E Class və C Class avtomobillərini, istehsal tarixi 2008-ci ildən yuxarı "Toyota Camry", "Toyota Carolla", "Prado", "Nissan Sunny", "Nissan Tiana", "Hyundai Accent", 2009-2010-cu il model “Kia Sportage”i aid etmək olar. Bundan əlavə, son dövrlər lizinq şərtilə satışlara görə Çin avtomobillərinə maraq artıb. Nəticədə Azərbaycanda satışa çıxarılan Çin markalarının sayı artır.

Ekspert bildirib ki, fevral ayından etibarən ikinci əl avtomobil bazarında “yaxşı maşın”ların qiymətləri 6-7% artıb. Məsələn, əvvəl 25 min manata satılan 2011-ci il model “Toyota Camry” 26500 manata kimi bahalaşıb. 2008-ci il model “Carolla”da 1500-2000 manat qiymət artımı olub. Əvvəl 10500 manata satılan maşın indi 11500-12000 manata təklif edilir. 8000 manatlıq “Hyundai Accent”in hazırkı qiyməti 9000 manat təşkil edir. 1999-cu il model “Mercedes E Class”da da eyni həcmdə bahalaşma hiss edilir.

Ən sərfəli kredit üçün müraciət et

O, ikinci əl avtomobil bazarında bahalaşmanı bir neçə faktorla izah edib. Birincisi, ölkəyə istehsal tarixi 2005-ci ildən aşağı avtomobillərin gətirilməsi qadağa edilib. Bu, avtomobil bazarında “yaxşı avtomobil”lər üzrə təklifi azaldıb. Digər tərəfdən, 2016-cı il iqtisadi durğunluq ili olduğu üçün həm fərdi alıcılar, həm də korporativ müştərilər avtomobil ala bilmədilər. Bu amil də 2017-ci ildə avtomobillərə tələbatın formalaşmasına və qiymətlərin artmasına təsir edib.
Yeni avtomobillərə gəlincə, E. Cəfərov bildirib ki, bu maşınların qiyməti  dolların kursuna uyğun olaraq müəyyənləşdirilir. İlin əvvəlindən etibarən dolların stabil olması yeni avtomobil bazarında da qiymətlərin sabit qalmasına gətirib çıxarıb.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et