Azərbaycanda avtomobil qiymətləri arta bilərmi? – TƏHLİL | Banco.az

Azərbaycanda avtomobil qiymətləri arta bilərmi? – TƏHLİL

Koronavirus dünya avtomobil bazarına da təsirsiz ötüşmür. Ötən həftə Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai Motors ölkədəki fəaliyyətini dayandıracağını açıqladı.

Bu gün yayılan xəbərlərə görə Yaponiyanın avtomobil istehsalçısı Toyota da Çindəki zavadlarının fəaliyyətini dayandıracağını elan etdi.

Şirkətlərin belə addım atmasına səbəb isə Çində sürətlə yayılan koronavirus təhlükəsidir. Toyota fevralın 10-dan Çindəki zavodlarının fəaliyyətini dayandıracaq.

Əlbəttə bu məlumatları oxuduqca həmin avtomobil şirkətlərinin Azərbaycandakı fəaliyyətlərinə məxsus bir sıra suallar meydana gəlir. Şirkətlərin zavodlarının bağlanması Azərbaycanda avtomobil bazarına necə təsir edəcək? Bazarda avtomobil sahəsində hansısa dəyişiliklər ola bilərmi? Ən əsası isə bu markada bazara təqdim edilən avtomobillərin qiymətində artım gözlənilə bilərmi?

Hyundai Azərbaycan verdiyi açıqlamada şirkətə Çin, Cənubi Koreyadan ilə yanaşı Çexiya və Rusiyada yerləşən zavodlardan avtomobil idxal edildiyini bildirildi. Bununla şirkət onu izah etmiş oldu ki, bu hadisələrdən sonra yeni avtomobillərin və ehtiyat hissələrinin idxalı ilə bağlı gecikmələr gözlənilmir.

Toyota-nın Bakı Mərkəzindən verilən məlumata görə, Toyota yalnız Çindəki ofisini bağlayıb. Bunun isə Azərbaycana heç bir təsiri yoxdur. Toyota Avropanın Azərbaycandakı rəsmi dilleriyik. Bizim Çindəki Toyotaya aidiyyatımız yoxdur.

Bizim şirkət Toyotanın Avropa dilleridir.

Avtomobil sənayesi üzrə mütəxəssis Şahin Göyləroğlu məsələni şərh edərkən bildirib ki, avtomobil istehsal edən şərq və qərb ölkələri bu təhlükələri əvvəlcədən nəzərə alırlar: “Elə bir vəziyyətdir ki, birdən-birə iqtisadi sistem pozula bilər. Cənubi Koreya şirkətləri heç vaxt özlərini belə riskə ata bilməz. Ona görə də şirkətlərin idxal məsələsində həmişə alternativ ölkələrdə zavodları olur ki, ehtiyac yaranda bu ölkələrdən detallar idxal edə bilsinlər. Toyota Hyundai-dən də böyük olduğu üçün onun alternativləri daha çoxdur. Böyük bir sənayeni təhlükə altına qoymaq bütöv bir Yaponiyanı təhlükə altına qoymaq deməkdir. Çünki avtomobil sektoru onların əsas gəlir mənbələrindən biridir. Ona görə vəziyyətin təhlükəsizliyi üçün dövlət səviyyəsində məşğul olurlar”.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssis deyib ki, hazırki vəziyyət qısa zaman üçün keçərlidir. Bu baxımdan, əgər hansısa detal çox unikaldırsa, onun tapılmasında bəlkə də problemlər yaşana bilər. Onun sözlərinə görə, Toyota bunu əvvəlcədən hesablayıb.

Qiymət artımına gəlincə isə mütəxəssis hesab edir ki, bu mərhələdə cuzi bir qiymət artımı müşahidə edilə bilər: “Toyota böyük ölkələrdə avtomobil qiymətini kəskin artırsa, onda digər rəqib daha aşağı qiymətlə bazara daxil olub, müştərini özünə çəkə bilər. Azərbaycanda bu gün xidmətlərə görə avtomobil alınmır. Amma böyük ölkələrdə avtomobil satılanda 150-200 min kilometrlik tam xidmət qarantiyası verilir. Bu xidmət birdən-birə kəskin bahalaşsa, şirkət üçün böyük bazarlar əldən çıxacaq”.

Şahin Göyləroğlu vurğulayıb ki, Yaponiya bu məsələlərdə daha prinsipialdı və ona görə lazım gələrsə kiçik həcmdə ziyana gedə bilər: “Virus təhlükəsi uzaq başı bir neçə ay davam edəcək. Toyota illərdir bu siyasətini qoruyur və bahaçılıq olmaması üçün çalışacaq. Digər tərəfdən Azərbaycan Toyota üçün kiçik bazardır. Toyota böyük bazarları itirməmək üçün o ölkələrdə qiymət artımı etməyəcək.  Qıtlıq yoxdursa, bazar açıq, böyükdürsə bu sahədə təhlükə ciddi deyil. Toyota bilir ki, Almaniyada virus yoxdur və bazardan çəkilsə, Almaniya bu bazarı ələ keçirəcək. Toyota da bunu gözə alma bilməz”.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et