Azərbaycanda avtomobil istehsalı bir neçə dəfə artıb | Banco.az

Azərbaycanda avtomobil istehsalı bir neçə dəfə artıb

2014-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 147 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji göstəricisindən 4,6 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.

Məlumata görə, hesabat dövründə respublikada 91 yük maşını istehsal olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. 2013-cü ildə respublikada 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 52,8 faiz çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Yanvar-fevral aylarında ölkədə 217 traktor istehsal edilib. Bu, 2013-cü ilin analoji dövr göstəricisindən 72,3 dəfə çoxdur.

2013-cü ildə ölkədə 739 traktor istehsal edilib. Bu, 2012-ci ilin göstəricisindən 19,6 faiz çoxdur.

Mənbə: trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et