Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-iyun aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2248,3 milyon manat təşkil edib.
Banco.az Dövlət Statistika Komitəsinə istiadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur.
Yanvar-iyun aylarında neft məhsullarının istehsalında neft koksunun istehsalı 61,9 faiz, sürtkü yağlarının istehsalı 60,5 faiz, avtomobil benzininin istehsalı 39,2 faiz, qazoylların (dizel yanacağının) istehsalı 33,9 faiz artıb, neft bitumu istehsalı 37 faiz, mazut istehsalı isə 93,8 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!