Azərbaycanda avtomobil benzininin istehsalı 11%-ə yaxın artıb | Banco.az

Azərbaycanda avtomobil benzininin istehsalı 11%-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 012,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 25,8%, qazoylların (dizel yanacağının) istehsalı 18,4%, ağ neft istehsalı 14,3%, avtomobil benzinin istehsalı10,9% artıb.

    Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 5,1%, sürtkü yağları istehsalı isə 48,3% azalıb.

    Azərbaycanda istehsal olunan neftməhsulları:

    Məhsul növləri

    2025-ci ilin yanvar-noyabr aylarında istehsal edilib

    Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

    01.12.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

    Avtomobil benzini, min ton

    1 342,2

    110,9

    79,2

    Ağ neft, min ton

    634,4

    114,3

    18,6

    Qazoyllar (dizel yanacağı), min ton

    2 329,1

    118,4

    142,7

    Mazut, min ton

    58,7

    2,1 d.

    1,4

    Sürtkü yağları, min ton

    32,8

    51,7

    1,1

    Maye qazlar, min ton

    206,7

    124,3

    3,0

    Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

     

    684,4

     

    70,5

     

    49,2

    ondan:

    neft bitumu, min ton

    225,6

    94,9

    6,6

    neft koksu, min ton

    218,6

    125,8

    41,9

     

    apa