Azərbaycanda avro ucuzlaşıb | Banco.az

Azərbaycanda avro ucuzlaşıb

Bu gün oktyabrın 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 22-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 21-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0475 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0013 manat və ya 0,11% azalaraq 1,1887 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,78% azalaraq 0,0166 manat səviyyəsində qərarlaşıb.

Ən sərfəli krediti almaq üçün müraciət et