Azərbaycanda avro ucuzlaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda avro ucuzlaşıb

Bu gün sentyabrın 22-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 23-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən gün ilə müqayisədə 0,0003 manat və ya 0,03% artaraq 1,0485 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0066 manat və ya 0,56% azalaraq 1,1676 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63% bahalaşaraq 0,0159 manat səviyyəsində qərarlaşıb.