Azərbaycanda avro bahalaşmaqda davam edir | Banco.az

Azərbaycanda avro bahalaşmaqda davam edir

Bu gün fevralın 4-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 5-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi fevralın 4-ü ilə müqayisədə 0,0005 manat azalaraq 1,5853 səviyyəsində müəyyən olunub.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  0,0167 manat möhkəmlənərək 1,7749 manata yüksəlib.
 
Rusiya rublunun məzənnəsi 0,0001 manat artaraq 0,0207 manat səviyyəsində müəyyənləşib.

Ən sərfəli kredit üçün müraciət et