Azərbaycanda avqustda dəmir yolları ilə sərnişindaşımaları 24% artıb | Banco.az

Azərbaycanda avqustda dəmir yolları ilə sərnişindaşımaları 24% artıb

Bu ilin avqust ayında ADY-nin rayonlararası (şəhərlərarası) və şəhərətrafı qatarları ilə 651 min nəfərə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.

Banco.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Marşrutlar üzrə ən böyük artım 41%-lə Bakı-Ağstafa-Bakı marşrutunda qeydə alınıb.

Həmçinin, ADY-nin sərnişindaşıma xidmətlərindən istifadə edən xarici turistlərin sayı bu il keçən illə müqayisədə 38 faiz çox olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et