Azərbaycanda arayış almaq asanlaşıb – SİYAHI | Banco.az

Azərbaycanda arayış almaq asanlaşıb – SİYAHI

“Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə bir sıra arayışları elektron formada əldə etmək mümkündür. Bunun üçün portaldan qeydiyyatdan keçmək və zəruri olan müvafiq elektron arayışı növünü seçmək kifayətdir.

Bu barədə Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən (RYTN) bildirilib.

Bu gün vətəndaşların ən çox müraciət etdiyi sosial xidmət “Yaşayış yeri haqqında arayış”ın əldə olunmasıdır. Bu arayışı portal üzərindən təqdim olunan “Yaşayış yeri haqqında arayış” xidmətindən istifadə etməklə heç bir yerə müraciət etmədən, növbə gözləmədən və vaxt itkisinə yol vermədən internet üzərindən əldə etmək mümkündür. Sözügedən arayışdan ötən ilin dekabr ayı ərzində 2528 dəfə istifadə olunub.

Hazırda “Elektron hökumət” portalı üzərindən 12 adda arayışı elektron şəkildə əldə etmək mümkündür:

Ən sərfəli kredit üçün müraciət et

- Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi
- İş yerindən arayış
- Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında arayış
- Ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları yer haqqında arayış
- Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
- Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış
- Diplom haqqında arayış
- Yaşayış yeri haqqında arayış
- Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış
- “Su təchizatı və tullantı sularının axıdılması” xidmətlərinə dair abonentə aid məlumatların verilməsi xidməti
- İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış
- Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlar.

Qeyd edək ki, “E-hökumət” layihəsi vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə, “Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsinə şərait yaradır.

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et