Azərbaycanda alternativ maliyyələşməyə dair beynəlxalq konfrans keçiriləcək | Banco.az

Azərbaycanda alternativ maliyyələşməyə dair beynəlxalq konfrans keçiriləcək

İslam İnkişaf Bankının Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “SUKUK - Azərbaycanda alternativ maliyyələşmə mexanizmi” mövzusunda vebinar keçiriləcək.

Bu barədə İslam İnkişaf Bankı məlumat yayıb.

Məlumata görə, oktyabrın 26-da baş tutacaq konfransda dövlət, özəl və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə islam maliyyə sisteminin qlobal miqyasda inkişafından və bu alternativ maliyyə mexanizminin infrastruktur layihələrində və dövlət-özəl tərəfdaşlığında tutduğu mövqedən bəhs ediləcək.

Vebinar iki hissədən ibarət olarcaq, hər sessiyanın sonunda sual və cavab üçün şərait yaradılacaq. Açılış nitqini İİTKM-in icraçı direktoru professor Vüsal Qasımlı, ICD-nin baş icraçı direktoru Ayman Sejini və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov edəcək. İlk sessiyanın mövzusu uyğun olaraq “Azərbaycanda alternativ maliyyələşmə mexanizmi SUKUK” olacaqdır. İkinci sessiya isə “Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşdirilməsi üçün alternativ maliyyə mexanizmi olan islami maliyyə sistemi” mövzusu ətrafında panel müzakirəsinə həsr ediləcək.

Son dövrlərdə baş verən qlobal pandemiyanın və iqtisadi geriləmənin təsirlərinə baxmayaraq islam maliyyə sistemi inkişaf etməkdədir. Davamlı inkişafda olan alternativ maliyyələşmə mexanizmi ABŞ, Avropa İttifaqı ölkələri kimi inkişaf etmiş ölkələrdə belə tətbiq edilir. UBS, HSBC, City Bank, Lyolds TSD və digər dünyaca məşhur banklar islam pəncərəsi ilə bu xidməti öz müştərilərinə təklif edirlər. İslam maliyyə sistemi real aktivlərə əsaslanan kommersiya və maliyyə əməliyyatlarının vacibliyindən bəhs edir. Bu səbəbdən ötrüdür ki, aktiv əsaslı əməliyyatlar qiymətli kağızlar üzərində öz əksini tapır. SUKUK bunlardan biri olaraq islami istiqrazdır. Ümumilikdə, islam maliyyə sektorunun cəmi qlobal maliyyə aktivləri 2,88 trilyon dollar ətrafındadır və bu göstəricinin 2024-cü ilə qədər 3,69 trilyon dollar olması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Vebinar alternativ maliyyə mexanizmi olan SUKUK-un Azərbaycanda təşviq edilməsinə xidmət edəcək. Həmçinin, SUKUK-un alternativ maliyyə mexanizmi kimi Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrində tətbiq oluna bilmə məsələləri müzakirə ediləcək. 

26 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə 14:00-da keçiriləcək vebinarda iştirak üçün bu link vasitəsi ilə qeydiyyatdan keçmək mümkündür:  https://idbgbf-org.zoom.us/webinar/register/WN_0gcPTmu3RyeAJ3JcjMbw-g

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et