Azərbaycanda alternativ maliyyələşmə mənbələri yaradılacaq | Banco.az

Azərbaycanda alternativ maliyyələşmə mənbələri yaradılacaq

Azərbaycanda kiçik və orta sahibkarların daha sərfəli kredit şərtlərinə əlçatanlığı üçün alternativ maliyyələşmə mənbələri yaradılacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, maliyyə sektoru üzrə strateji hədəflər Azərbaycanın "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda müəyyən edilib.

"Strategiya ölkədə maliyyə vasitəçiliyinin genişləndirilməsi, maliyyə xidmətlərinə sağlam tələbin formalaşdırılması və real sektorun maliyyələşmə kanallarının şaxələndirilməsinə hədəflənib. AMB və digər aidiyyəti təşkilatlar, o cümlədən İqtisadiyyat Nazirliyi və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi maliyyә sektoru ekosisteminin hərtərəfli diaqnostikasını aparıb, strateji baxış və geniş spektrli təşəbbüslər formalaşdırıb.

Hazırda həmin təşəbbüslərin realizasiyası işlər aparılır. Belə təşəbbüslərə misal olaraq ölkədə alternativ maliyyələşmə kanallarının genişləndirilməsi, MKOB-lar üzrə informasiya asimmetriyasının azaldılması və digər tədbirlər daxildir. Ümumilikdə, həyata keçirilən təşəbbüslər ölkədə maliyyə inklüzivliyinə müsbət təsir etməklə fərdi şəxslər və real sektorun keyfiyyətli maliyyə xidmətləri ilə təminatının artırılmasını təmin edərək son nəticədə iqtisadi inkişafa və məşğulluğa xidmət edəcək", - deyə qurum bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et