Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 60 mini ötüb | Banco.az

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 60 mini ötüb

Bu il mayın 1-i tarixinə Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 60.431 təşkil edib.

Dövlət Vergi Xidmətindən  verilən məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 3,5% artıb.

    Həmin dövrə, aktiv vergi ödəyicilərinin sayı 2,1% artaraq 877 368 təşkil edib.

    Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 3,3% artaraq 240 528 olub.