"Azərbaycanda aeroporta metronun çəkilişi turizmin inkişafına səbəb olar" | Banco.az

"Azərbaycanda aeroporta metronun çəkilişi turizmin inkişafına səbəb olar"

Heydər Əliyev Beynəlxalq Hava Limanına metronun çəkilişi turizmin inkişafına səbəb ola bilər.

Bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Bakıda keçirilən "Azərbaycan Turizm Sammiti"ndə bildirib.

"Bunu bir çox ölkələrdə müşahidə edirik, bizdə də reallaşmasını çox istərdik", -deyə o bildirib.

G. Qəhrəmanov vurğulayıb ki, həmçinin regionalara sürət qatarlarının olması çox vacibdir: "Elə rayonlar var ki, uzaqdır, turistlər getmək istəmirlər. Halbuki, həmin rayonların təbiəti və qonaqpərvərliyi digər rayonlardan zəif deyil. Çox istəyərdik ki, logistika məsələsində aktivlik olsun".

Qeyd edək ki, hazırda lakin Bakıdan Gəncəyə sürət qatarı hərəkət edir.

2011-ci ildə təsdiqlənmiş “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et