Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi artaraq 3.228,1 manat təşkil edib | Banco.az

Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi artaraq 3.228,1 manat təşkil edib

Dövlət Statistika Komitəsinin yaydığı hesabata əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 3.228,1 manat təşkil edib. Hesabatda qeyd olunur ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin ilk yarısında ölkədə adambaşına düşən ÜDM-in artım tempi əvvəlki ilin eyni dövrünə nisbətən cəmi 0,4 faiz təşkil edib. Hesabat dövründə Azərbaycanda 37,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ÜDM istehsal edilib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et