Azərbaycanda adambaşına düşən gəlir 7%-dən çox artıb | Banco.az

Azərbaycanda adambaşına düşən gəlir 7%-dən çox artıb

 Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 40 190,7 mln. manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur.

Hesabat dövründə adambaşına düşən gəlir isə 7,2% artaraq 4 131,9 manata çatıb.