Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 23 iyul tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, həmin gün "B-98" layihəli "Vixr" tipli gəmi də 900 min manata hərraca çıxaracaq.
Məlumata görə, gəminin istehsal tarixi 1986-cı ildir və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsusdur.
Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10%-i (90 000 manat) məbləğində beh ödəmək tələb olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!