Azərbaycanda 9 bankın nağd vəsaitləri artıb | Banco.az

Azərbaycanda 9 bankın nağd vəsaitləri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il oktyabrın 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 9-da müsbət, 13-də isə mənfi dinamika müşahidə edilib.

Nağd vəsaitlərini artırmış banklar "Amrah Bank", "Naxçıvan Bank", "Pakistan Milli Bankının Bakı filialı, "Muğan Bank", "Kapital Bank", "NBC Bank", "AGBank", "Azərbaycan Sənaye Bankı" və "Bank BTB"dir. Ən yüksək dinamika "Amrah Bank"da (63,7%), ən aşağı dinamika isə "Bank BTB"də (0,1%) qeydə alınıb.

İl ərzində nağd vəsaitləri azalmış 13 bank arasında ən kəskin azalma "Xalq Bank"da (59,8%), ən yumşaq azalma isə "Access Bank"da (1,6%) baş verib.

Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.

 

3 bankın nağd vəsaitləri 50 milyon manatdan çoxdur

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il oktyabrın 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 3-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.

Bunlar "Kapital Bank" (322,633 milyon manat), "Access Bank" (64,099 milyon manat) və "AFB Bank"dır (51,272 milyon manat).

Qalan 19 bankdan 13-nün nağd vəsaitləri 10 - 50 milyon manat arasında, 6 bankın nağd vəsaitləri isə 10 milyon manatdan azdır. Nağd vəsaitləri ən az olan bank ölkədə ən kiçik bank sayılan Pakistan Milli Bankının Bakı filialıdır. Filialın nağd vəsaitləri cəmi 436 min manatdır.

Nağd vəsaitlərinin məbləğini açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır. 

© Renkinq