Azərbaycanda 9 bankın balans kapitalı azalıb | Banco.az

Azərbaycanda 9 bankın balans kapitalı azalıb

Bu il iyulun 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 30 bankdan 9-nun balans kapitalı illik müqayisədə azalıb.

Bunlar Pakistan Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", "Atabank", "AFB Bank", "Access Bank", "AGBank", "Bank of Baku", "Unibank" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (33,2%), ən az azalma isə Pakistan Milli Bankının Bakı filialında (0,2%) qeydə alınıb.

20 bank isə balans kapitalını artıra bilib. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (42,9%), ən aşağı dinamika isə "Kapital Bank"da (0,1%) baş verib.

ABB balans kapitalının dinamikasını açıqlamayıb.

Ən sərfəli kredit üçün müraciət et

7 BANKIN BALANS KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin balans kapitalı 100 milyon manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 188,538 milyon manat), "PAŞA Bank" (363,358 milyon manat), "Xalq Bank" (273,697 milyon manat), "Kapital Bank" (272,287 milyon manat), "Express Bank" (145,152 milyon manat),  "Atabank" (144,644 milyon manat) və "Bank Silk Vey"dir (130,721 milyon manat).

Qalan 23 bankdan 18-də balans kapitalı 50-100 milyon manat arasında, 5 bankda isə balans kapitalı 10-50 milyon manat arasındadır. 

© "Renkinq"