Azərbaycanda 8,2 mlrd. kubmetr qaz istehlak edilib | Banco.az

Azərbaycanda 8,2 mlrd. kubmetr qaz istehlak edilib

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə əmtəəlik təbii qaz ehtiyatları 20,2 mlrd. kubmetr olub.

Onun 88,6%-i hasilatın, 11,4%-i ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb. Belə ki, doqquz ayda qaz hasilatının həcmi 17,897 mlrd. kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,303 mlrd. kubmetr olub.

Ən sərfəli kredit üçün müraciət et

Ehtiyatların 40,4%-i və ya 8,161 mlrd. kubmetri ölkə daxilində istehlak edilib. Hesabat dövründə ümumi ehtiyatın 43%-i və ya 8,686 mlrd. kubmetri ixrac olunub. Hesabat dövründə 3,1% və ya 626 mln. kubmetr itki olub, 13,5% və ya 2,727 mlrd. kubmetr cari ilin oktyabrın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et