Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilib | Banco.az

Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 7 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub. Belə ki, “Nissan Maxima” markalı avtomobil 2 000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 3 250 manata satılıb. 

Banco.az quruma istinadən xəbər verir ki, hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35Fugq linki vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, 15, 22 və 29 avqust tarixlərində keçiriləcək hərraclara 115 əmlak çıxarılacaq.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram