Azərbaycanda 7 kiçik dövlət müəssisəsi və obyekti hərraca çıxarılır | Banco.az

Azərbaycanda 7 kiçik dövlət müəssisəsi və obyekti hərraca çıxarılır

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyulun 25-də kiçik dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirəcək.

Banco.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraca 7 kiçik dövlət müəssisəsi və obyekti çıxarılacaq. Bunlar, Xızı rayonunun Şurabad qəsəbəsindəki yardımçı təsərrüfat, Saatlı rayonunun Heydərabad kəndindəki yardımçı təsərrüfat, Beyləqan rayonunun Milabad qəsəbəsindəki Mədəniyyət evi, İmişli şəhərinin Xiyabani küçəsindəki 7/9 saylı mağaza, Ağcabədi rayonunun Şənlik kəndindəki klub, Balakən rayonunun Mahamalar kəndindəki yeməkxana və Goranboy rayonunun Qarquçaq kəndindəki qeyri-yaşayış binasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, əmlakları start qiyməti 1 300 manatdan 102 500 manata qədərdir.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et