Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb | Banco.az

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 15-nin yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Həyat Sığorta" ASC-dir. Bu şirkət 6 ayda 1,341 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 6,8 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə “Qala Həyat Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 6,21 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,7% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 6 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,5% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “Azsığorta” ASC-dədir. Bu şirkətin yığımları 10,2% azalaraq 6,519 milyon manata düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et