Azərbaycanda 6 sığorta şirkətinin yığımları 10 milyon manatdan azdır | Banco.az

Azərbaycanda 6 sığorta şirkətinin yığımları 10 milyon manatdan azdır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-sentyabr aylarında 1 milyard 23 milyon 707 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 87 milyon 772 min manat və ya 9,4% çoxdur.

Hesabat dövründə 6 sığorta şirkətinin yığımları 10 milyon manatdan az olub. Bunlar Xalq Həyat Sığorta (8,1 milyon manat), AtaSığorta (7,9 milyon manat), AzSığorta (7,1 milyon manat), Meqa Həyat Sığorta (6,9 milyon manat), İpək Yolu Sığorta (5,3 milyon manat) və Bakı Sığorta (1,5 milyon manat) olub. 

Ən sərfəli kredit üçün müraciət et

İlk 9 ayda Paşa Sığorta yığımlarının həcminə (462 milyon 236 min manat) görə lider olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et