Azərbaycanda 6 sığorta şirkətinin yığımları 1 milyon manatdan az olub | Banco.az

Azərbaycanda 6 sığorta şirkətinin yığımları 1 milyon manatdan az olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar ayında 139 milyon 114 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni ayına nisbətən 7 milyon 300 min manat və ya 5,5% çoxdur.

Hesabat dövründə 6 sığorta şirkətinin yığımları 1 milyon manatdan az olub. Bunlar Qala Həyat Sığorta (972 min manat), AzSığorta (682 min manat), Xalq Həyat Sığorta (623 min manat), Meqa Həyat Sığorta (601 min manat), İpək Yolu Sığorta (330 min manat) və Bakı Sığorta (260 min manat) olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram