Azərbaycanda 6 ayda yanacağa 1.6 mlrd. manat vəsait xərclənib | Banco.az

Azərbaycanda 6 ayda yanacağa 1.6 mlrd. manat vəsait xərclənib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci yarısında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağının alınmasına 1 milyard 557 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5.9% çoxdur.

Əlavə edək ki, 2024-cü ilin 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5.7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et