Azərbaycanda 57 mindən çox kredit restrukturizasiya olunub | Banco.az

Azərbaycanda 57 mindən çox kredit restrukturizasiya olunub

Pandemiya başlayandan bəri ümumilikdə 1,3 milyard manat məbləğində 57 mindən çox kredit restrukturizasiya olunub.

Bu barədə Azərbaycan Mərkəzi Bankınin “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.

Bildirilir ki, restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87 %-i biznes, 9 %-i istehlak, 4 %-i ipoteka kreditlərinin payına düşüb.

Qeyd edək ki, 2021-ci ilin əvvəlində pandemiya ilə bağlı tətbiq olunmuş yumşalmalardan sonra restrukturizasiya portfelinin ödənişləri üzrə müsbət dinamika müşahidə olunub. Bu il noyabrın 30-na pandemiya ilə əlaqədar restrukturizasiya olunmuş portfelin qalıq məbləği 0,7 milyard manat təşkil edib.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram