Azərbaycanda 52 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib | Banco.az

Azərbaycanda 52 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib

“Azərbaycan İpoteka Fondu” ASC-nin xətti ilə ipoteka kreditləşməsi prosesi bərpa olunub.  AİF-ə istinadən xəbər verilir ki, artıq 52 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib. Bununla da, AİF-in vəsaiti hesabına kredit alanların ümumi sayı 18 049-a çatıb. 

Ən sərfəli kredit üçün müraciət et

Yeni müştərilərə ümumilikdə 3,186 mln. manat borc verilib. Başqa sözlə, adambaşına ipoteka kreditinin məbləği təxminən 61 min manat təşkil edib. Son nəticədə AİF-in məcmu ipoteka portfeli 733,988 mln. manata yüksəlib. 

Mənbə: Report.az