Azərbaycanda 5 ayda geyimə 3 mlrd. manata yaxın vəsait xərclənib | Banco.az

Azərbaycanda 5 ayda geyimə 3 mlrd. manata yaxın vəsait xərclənib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 milyard 821 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5% çoxdur. 

Qeyd edək ki, ötən 5 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 13,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram