Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 204,5 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 11,6 % artaraq 150,5 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 32 % artaraq 330 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,7 % azalaraq 42,6 milyon manat olub.