Azərbaycanda 4 bankın faiz gəlirləri 100 milyon manatdan çoxdur | Banco.az

Azərbaycanda 4 bankın faiz gəlirləri 100 milyon manatdan çoxdur

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 4-nün ötənilki faiz gəlirləri 100 milyon manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (441 milyon 940 min manat), "Kapital Bank" (400 milyon 957 min manat), "PAŞA Bank" (196 milyon 217 min manat və "Xalq Bank"dır (111 milyon 288 min manat).

Qalan 25 bankdan 4-də faiz gəlirləri 50-100 milyon manat arasında, 17 bankda 10-50 milyon manat arasında, 4 bankda - İran isə 10 milyon manatdan azdır.

8 bankın faiz gəlirləri azalıb

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 8-nin ötənilki faiz gəlirləri əvvəlki ilə nisbətən az olub.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Bank Avrasiya", "AFB Bank", "Yelo Bank", "Muğan Bank", "AGBank" və Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (35%), ən az azalma isə İran bankında (1%) qeydə alınıb.

Qalan 21 bank isə faiz gəlirlərini artırıb. Bu baxımdan ən yüksək dinamika "Unibank"da (63,9%), ən aşağı dinamika isə "Xalq Bank"da (1,6%) qeydə alınıb.

 "Renkinq"

Ən sərfəli krediti almaq üçün müraciət et