Azərbaycanda 4 ayda ərzağa 9 mlrd. manata yaxın pul xərclənib | Banco.az

Azərbaycanda 4 ayda ərzağa 9 mlrd. manata yaxın pul xərclənib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi bu ilin yanvar-aprel aylarında ərzaq məhsullarına 8 milyard 693 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 4 ayı ilə müqayisədə 2,1% çoxdur. 

Məlumata görə, hesabat aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq, o cümlədən 235 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatlıq qeyri-ərzaq malları alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram