“Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox şəxs səhm sahibi olub”.
Bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov bu gün keçirilən işgüzar forumda deyib.
Onun sözlərinə görə, ümumilikdə, 1,2 milyondan artıq vətəndaş bu və ya digər formada özəlləşdirmədən faydalanıb:
“ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlandiya və digər dövlətlərin investorları özəlləşdirmədə iştirak ediblər”.
©Trend