Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun öhdəlikləri illik müqayisədə azalıb.
Bunlar "Turan Bank", "Günay Bank", "Atabank", "Amrah Bank", "Nikoyl Bank", "Rabitəbank", Pakistan Milli Bankının Bakı filialı", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da 74,9%), ən az azalma isə "Turan Bank"da (2,4%) qeydə alınıb.
21 bankın öhdəlikləri isə son 1 ildə artıb. Ən çox artım "Express Bank"da (2,1 dəfə), ən az artım isə "Access Bank"da (0,9%) baş verib.
4 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün öhdəlikləri 1 milyard manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 040,258 milyon manat), "PAŞA Bank" (3 940,565 milyon manat), "Kapital Bank" (3 134,04 milyon manat) və "Xalq Bank"dır (1 668,252 milyon manat)
Qalan 26 bankdan 5-nin öhdəlikləri 0,5 - 1 milyard manat arasında, 18 bankın öhdəlikləri 100 - 500 milyon manat arasında, 2 bankın öhdəlikləri 10 - 100 milyon manat arasında, 1 bankın - Pakistan Milli Bankının Bakı filialının öhdəlikləri isə cəmi 597 min manatdır.
© "Renkinq"