Azərbaycanda 21 bankın faiz gəlirləri artıb | Banco.az

Azərbaycanda 21 bankın faiz gəlirləri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Bank Avrasiya", "Muğan Bank", "Nikoyl Bank", "Atabank", "AFB Bank", "AGBank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma İran bankında (2,6%), ən çox azalma isə Pakistan bankında (46,8%) qeydə alınıb.

Qalan 21 bankın faiz gəlirləri artıb. Ən yüksək dinamika "Unibank"da (85%), ən aşağı dinamika isə "Xalq Bank"da (0,4%) olub.

7 bankın faiz gəlirləri 50 milyon manatdan çoxdur

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri 50 milyon manatdan çox olub.

Hmin banklar "Azərbaycan Beynəlxalq Bankı" (334 milyon 194 min manat), "Kapital Bank" (293 milyon 929 min manat), "PAŞA Bank" (146 milyon 408 min manat), "Xalq Bank" (82 milyon 512 min manat), "Access Bank" (70 milyon 371 min manat), "Unibank" (64 milyon 58 min manat) və "Bank Respublika"dır (50 milyon 112 min manat).

Qalan 23 bankdan 16-da faiz gəlirləri 10-50 milyon manat arasında, 6 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.

"Renkinq"

 

Ən sərfəli krediti almaq üçün müraciət et