Azərbaycanda 2020-ci ilin FMCG şirkəti seçilib | Banco.az

Azərbaycanda 2020-ci ilin FMCG şirkəti seçilib

Ölkədə və ölkə hüdudlarından kənarda biznes fəaliyyəti ilə (yerli istehsal, idxal və ixrac) önəmli paya sahib olan “Delta Qrup C.O” MMC  Caspian Business Award 2020 tədbirində 1500 şirkət və təşkilat rəhbərinin iştirak etdiyi sorğunun nəticəsi olaraq ilin FMCG şirkəti adına layiq görüldü.

Mükafatın təqdim edilmə mərasimində iştirak edən “Delta Qrup C.O.” MMC – nin direktoru İlkin Şabanov tədbir təşkilatçılarına və tədbir iştirakçılarına təşəkkür edərək, rəhbərlik etdiyi müəssisənin fəaliyyətlərindən, bu fəaliyyətlərin nəticəsi kimi əldə olunan uğurlardan söz açdı.

Hər il keçirilən bu tədbir sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən, dinamik inkişaf edən nəhəng regional təşkilat  olan  “Caspian Energy Club” tərəfindən təşkil edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et